Polis bir gündə 32 nəfəri saxladı

Dekabrın 28-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

 

 

Gununsesi.info