Polis bölməsinə hücum: ÖLÜ VƏ YARALILAR VAR

  • By admin
  • 28 Avqust 2017 17:42

qetl

Naməlum  şəxslər Dağıstanın Kaspiysk şəhərində polis bölməsinə hücum ediblər. Nəticədə bir polis və iki hücum edən cinayətkar öldürülüb.

Gununsesi.info RİA-Novostiyə istinadən xəbər verir ki, hücum zamanı polis bölməsindəki polislərdən biri yerində dünyasını dəyişib, cavab atəşi nəticəsində iki hücum edən şəxs öldürülüb.

Daha bir polis isə çoxsaylı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bu artıq il ərzində birinci hal deyil.

Gununsesi.info