Polis bu qızı axtarır - FOTO

  • By admin
  • 15 Yanvar 2022 15:40

Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Bu barədə Gununsesi.info-ya DİN-dən bildirilib.

Onun əlamətləri belədir: Boyu 175 sm., orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Gununsesi.info