Polis canlı yayımda etirazçını güllələdi – VİDEO

  • By admin
  • 11 Noyabr 2019 13:48

Honkonqda baş tutan etiraz aksiyasında polis nümayişçiyə atəş açıb. Hadisə anı “Facebook”da canlı yayımlanıb.

Gununsesi.org Haber7”-yə istinadən xəbər verir ki, görüntülərdə polisin ona qarşı çıxan nümayişçiyə iki dəfə atəş açması əks olunub.

 Məlumata görə, yaralı şəxs xəstəxanaya aparılıb və hazırda vəziyyəti ağırdır.

Bu, aylardır davam edən etiraz aksiyalarından polisin etirazçılara atəş açdığı üçüncü hadisədir.

Honkonqda etirazlar cinayət törədən şəxslərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi səbəbindən bu ilin iyununda başlayıb.

Gununsesi.org