Polis cinayətkarı saxlayarkən 2 qadını yaralayıb- ROMADA

Polis cinayətkarı saxlayarkən 2 qadını yaralayıb

İtaliyanın paytaxtı Romada polisin açdığı atəş nəticəsində 49 yaşlı qadın və onun qızı yaralanıb.

Gununsesi.info xəbər verir ki, insident polis əməkdaşının şübhəli avtomobilə atəş açarkən baş verib.

Avtomobilin sürücüsü dayan əmrinə tabe olmayaraq sürəti artırıb və maşını polislərə doğru yönəldib.

Buna cavab olaraq hüquq mühafizəçilərindən biri atəş açıb və güllələrdən biri ərazidən motorollerlə keçən qadınları yaralayıb.

Gununsesi.info

COMMENTS