Polis daha bir toyu dayandırdı, iştirakçılar cərimələndi

  • By admin
  • 05 Aprel 2021 20:08

Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

Gununsesi.info xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Abbasqulular kəndi  ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, beş nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

Gununsesi.info