Polis “Fairmont Baku”da “istirahəti pozulan” gənci tapdı - VİDEO

“Fairmont Baku” otelində karantin rejimini pozanlar arasında bir şəxs dünən sosial medianın diqqətini daha çox çəkdi.
Belə ki, polisin adışəkilən məkana basqınından pəjmürdə olan bir gənc sosial şəbəkələrdə canlı yayıma çıxaraq, istirahətlərinin pozulduğunu deyib.
Hətta buna görə, jurnalistləri qınayan gənc istirahət üçün başqa məkan axtaracağını deyib.
Gununsesi.org xəbər verir ki, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb.
O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.
Məlum olub ki, adıçəkilən gəncin atası iş adamı Fətulla Babayevdir.

Publicerat av Anar Mammadov Söndag 5 juli 2020

Taryel İbrahimsoy
Gununsesi.org