Polislər Gürcüstan parlamenti yaxınlığındakı meydanı tərk ediblər

Hüquq-mühafizə orqanları “Xarici agentlər haqqında” qanunun qəbuluna etiraz olaraq keçirilən nümayişi dağıdandan sonra Gürcüstan parlamenti yaxınlığındakı meydanı tərk ediblər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Bildirilir ki, hadisə yerindən xüsusi texnika da çıxarılıb və Gürcüstan polisinin xüsusi təyinatlıları hazırda parlament binasının həyətinə keçib.

 

Etirazçıların ərazidən dağılışmadığı bildirilir.

Gununsesi.info