Polis hesabı ödəməyən turistlərə pulu zorla ödətdirdi

  • By admin
  • 11 İyul 2017 19:43

563967800irunajpg
İtaliyalı turistlər İspaniyanın Pamplona şəhərində bir restoranda yeyib-içdikdən sonra 620 avroluq hesabı ödəmədən gediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, restoran rəhbərliyi bu barədə polisə məlumat verib.

Polislər həmin turistləri qısa zamanda tapıblar və restorana gətirirək hesabı ödətdiriblər. Turistlər üstəlik bəxşiş də veriblər.

Qeyd edək ki, İspaniyanın turizm bölgələrində belə hallara tez-tez rast gəlinir. Təkcə iki restoranda mart ayında turistlərin ödəmədiyi hesabın 12 min avro olduğu bildirilir.

Gununsesi.info