Polis idarəsində partlayış: 5 ölü, 30 yaralı

  • By admin
  • 18 İyun 2017 12:29

 efqanistan-partlayish-sefir3

 

Əfqanıstanın şərqində Paktiya əyalətinin Qardez şəhərində polis idarəsinə hücum edilib.

Axar.az-ın məlumatına görə, bir terrorçu polis idarəsinin yaxınlığında özünü partladıb. Digər 3 nəfər polis idarəsinə girmək istəyərkən məhv edilib.

Terrorçunun özünü partlatması nəticəsində 5 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Partlayışı Taliban terror qruplaşması öz üzərinə götürüb.

 

Gununsesi.info