
Gəncə şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib.
Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə bu gün qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Gununsesi.info