Polis İdarəsinin həkimi iş otağında ölüb

  • By admin
  • 11 Yanvar 2017 15:32

g%c9%99nc%c9%99

Gəncə şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə bu gün qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Gununsesi.info