XƏBƏR LENTİ

19 Fevral 2018

19 Avqust 2016 - 11:25

Polis “Kor Elçin”i həbs edib

elcin

Balakən polisi kriminal aləmdə özünü toxunulmaz sayan  35 yaşlı “Kor Elçin” ləqəbli narkobaronu həbs edib.

Gununsesi.info xəbər verir ki, Balakən rayon Polis Şöbəsinin axtarış-əməliyyat qrupunu əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

RPŞ-də daxil olmuş məlumat əsasında  uzun müddət cinayət məsuliyyətindən yayına bilən, rayonun Qazma kənd sakini, 35 yaşlı  Elçin Alvasovun yaşadığı evdə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbiri keçirilib. Tədbir zamanı Elçin Alvasovun yaşadığı evdən bir ədəd xaricdə istehsal olmuş barabanlı tapanca və ona məxsus üç ədəd patron, salafon torbada çəkisi 1kq 150qram olan qrudulmuş marixuana,dörd ədəd 12 çaplı ov tüfənginə aid patronlar olan qatar,müxtəlif məqsədlər üçün istifadə edilən gecəgörmə cihazları, müxtəlif  ölçülü kameralar, müxtəlif markalı mobil telefon və mobil telefon nömrələri, iki ədəd müxtəlif markalı nootbuk və digər aksesuarlar maddi sübut kimi götürülüb.Tədbirlərin davamı olaraq Elçin Alvasovun yaşadığı evin həyətinə baxış zamanı müxtəlif  banklar tərəfindən axtarışda olan “Lexus”, “BMW”, “Mersedes” və “VAZ 21015” markalı avtomaşınlar və bir-neçə digər avtomaşınlara aid dövlət nömrə nişanları aşkar edilərək maddi sübut kimi götürülüb. Elçin Alvasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. RPŞ-dən verilən digər məlumata görə,  kriminal aləmdə özünü toxunulmaz hesab edən, respublika ərazisində “Kor Elçin” ləqəbi ilə tanınan  narkobaron Elçin Alvasov  uzun illər idi ki narkotik vasitələrin qanunsuz dövrüyyəsilə məşğul olurdu. Elçin Alvasov narkobaron kimi hətta qonşu Gürcüstan və Rusiya ərazilərində də tanınırdı.Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info