
Türkiyə polisi eyni vaxtda “kürd partiyası” kimi tanınan müxalif Xalq Demokratik Partiyasının (HDP) və Demokratik Bölgələr Partiyasının (DBP) binalarında əməliyyat-axtarış tədbiri həyata keçirib.
Gununsesi.info “Axşam” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Van və Hakkari vilayətlərində HDP və DBP rayon şöbələrinin binalarında aparılan axtarış zamanı çoxlu sayda qanunsuz sənəd, ov tüfəngləri, Abdullah Öcalana aid posterleri, təşkilati sənədlər, qeydlər və rəqəmsal materialla aşkarlanıb.
Əməliyyat zamanı 47 nəfər saxlanılıb.
Hazırda polis binalarda və saxlanılan şəxslərin evlərində axtarışları davam etdirir.
Anar
Gununsesi.info