Polis “Lido”da əməliyyat keçirdi — 60 NƏFƏR SAXLANILDI

  • By admin
  • 13 İyun 2021 10:20

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Lido” restoranında qanunsuz toy keçirilməsi faxtı aşkarlanıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə adıçəkilən restoranda Binəqədi rayon polis idarəsinin əməkdaşları əməliyyat keçirib.

Əməliyyat zamanı restoranın rəhbərliyi, toyun sahibləri və 60 nəfər toy iştirakçısı saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Gununsesi.info