
Fransada polisin xəbərdarlığına baxmayaraq dayanmayan 19 yaşlı skuter sürücüsü qəza nəticəsində ölüb.
Gununsesi.info bildirir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Parisin İle-de-Frans bölgəsindəki Aubervilliers qəsəbəsində iki təkərli skuterin sürücüsü Seine-Saint-Denis polisin “saxla” xəbərdarlığına tabe olmayıb.
Polislə təqib nəticəsində üzərində 2 nəfərin olduğu skuter başqa bir polis maşınına çırpılıb.
Polis rəsmiləri 19 yaşlı gəncin hadisə yerində öldüyünü, digər sərnişinin isə ayağından yaralandığını bildirib. Yaralı sərnişinin xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.
Şahid iddia edib ki, polis maşını skuterin qarşısını kəsərək ölümcül qəzaya səbəb olub və skuter sürücüsü zərbədən sonra avtomobilin altında sürüklənib.
Fransad, 2023-cü ilin dekabr ayında skuterdə səyahət edən 17 yaşlı iki gənc polisin təqibi nəticəsində qəza nəticəsində ölüb.
27 iyun 2023-cü ildə Fransa polisi Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb. Naelin ölümü bütün ölkədə etirazlara səbəb olub.
Gununsesi.info