Polis mayoru nümayəndəliyin rəhbəri oldu

  • By admin
  • 30 May 2018 12:30

“Ergotransit Global Inc.” şirkəti Azərbaycanda nümayəndəlik açıb.

Gununsesi.info Reporta istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Aprelin 24-də dövlət qeydiyyatına alınmış şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Zərifə Əliyeva ev 55, mənzil 1-dir. Kommersiya qurumunun qanuni təmsilçisi isə Elxan Əbdülqafar oğlu Hacıyevdir.

E.Hacıyev Beynəlxalq Kollecin müəllimi, Beynəlxalq Yol Polisi və Nəqliyyat Təşkilatının Baş Assambleyasının üzvü, yol polisi mayoru, “Nəqliyyat hüququ” elmi-nəzəri jurnalının redaktorudur.