Polis mayoru vəfat etdi

Azərbaycanda polis mayoru ürəktutmadan dünyasını dəyişib.

 

Gununsesi.info xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Elşad İzzət oğlu Məmmədov şəxsi maşını ilə hərəkətdə olarkən qəfil ürəktutmadan vəfat edib.

1959-cu il təvəllüdlü E.Məmmədov 30 il daxili işlər orqanlarında çalışıb.

 

O, ictimai təhlükəsizlik bölməsinin inspektoru idi.

 

Gununsesi.info