
PKK Terror Təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Esat Cananın evində polis axtarış aparıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir vilayəti Prokurorluğunun təlimatı üzrə Diyarbəkir Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinin əməkdaşları səhər saatlarında Esat Cananın Karlı kəndində yerləşən evinə gələrək axtarış aparıblar.
Belə ki, axtarış zamanı polislər E.Canana aid bəzi sənədləri müsadirə ediblər. Hazırda E.Cananın nədə ittiham olunduğu barədə məlumat verilmir.
Qeyd edək ki, Ankara Universiteti Hüquq fakültəsi məzunu olan E.Canan 19 və 22-ci parlamentə çağırış dövrlərində Cümhuriyyət Xalq Partiyası (CHP), 24-cü çağırış dövründə isə HDP-dən millət vəkilliyinə namizədliyini irəli sürüb.
Anar
Gununsesi.info












