Polis nəzarətinə verilən sabiq nazir müavini dindirilib - ÖZƏL

  • By admin
  • 16 Noyabr 2022 15:30

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan polis nəzarətinə verilən sabiq nazir müavini Elnur Əliyev istintaq tərəfindən dindirilib.

Gununsesi.info-nun xəbərinə görə, Elnur Əliyev bir neçə saat ərzində  barəsindəki cinayət işi üzrə müstəntiqin suallarını cavablandırıb.

Qeyd edək ki, Elnur Əliyev saxlanılmasından bir gün sonra ölkə başçısı tərəfindən tutduğu vəzifədən azad olunub.

O, bir il əvvəl mədəniyyət nazirinin müavini təyin edilmişdi.

 

Mais 

Gununsesi.info