Polis Novxanı bağlarında əməliyyat keçirdi

  • By admin
  • 27 Aprel 2017 13:43

polis

Novxanı bağlar sahəsində yaşayan şəxsin evinin həyətinə baxış zamanı 1 ədəd tüfəng, 1 ədəd “RQD-5” qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Novxanı bağlar sahəsində yaşayan Bünyad Əliyevin evinin həyətinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olan “MR-155” markalı tüfəng, 1 ədəd “RQD-5” qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb və B. Əliyev saxlanılıb.

Anar
Gununsesi.info