Polis oğru dəstəsini tutdu - BİNƏQƏDİDƏ + FOTO

  • By admin
  • 05 Oktyabr 2016 15:06

ogru1

Binəqədi rayon polis idarəsinin əməliyatçıları rayon ərazisində yerləşən mağazalardan birini qarət etməkdə şübhəli bilinən 3 nəfəri yaxalayıb. Saxlanılan şəxslərdən biri qadındır.

Gununsesi.info xəbər verir ki, Binəqədi rayon  6 cı polis bölməsinə müraciyyət edən Bakı şəhər sakini Mürvət Talıbov gecə mağazasının qarət olunduğunu bildirib. Dükan sahibinin sözlərinə görə mağazaya daxil olan oğrular içəri quraşdırılmış nəzarət kameralarınıda sındırıblar. İdarənin cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləei zamanı əvəllərdə məhkum olunmuş Kəlbəcər rayon sakini Vidadi Quliyev saxlanilib. ifadəsində Vidadi oğurluğu Həmyerlisi Gülnar və Kürdəmir rayonundan olan qohumu Sadiqlə birlikdə törətdiyini bildirib. Yaxalanaraq istintaqa təhvil verilən Kürdəmir rayon sakini Sadiq Mustafayev oğurluğa qohumu Vidadi tərəfindən cəlb edildiyini bildirib. Eyni əmələ görə əvəllərdə məhkum olunan Vidadi Quliyev törətdiyi hhadisəni kameramıza danışarkən utandığını bildirib.Baş vermiş faktla əlaqədar Binəqədi rayon polis idarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.

ogru

Gununsesi.info