Daxili işlər orqanlarında qadınların təmsilçiliyi ümumi şəxsi heyətin 12%-ni təşkil edir.
Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini İsmət Əliyev Milli Məclisdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, gender bərabərliyi prinsipi Daxili İşlər Nazirliyində də qorunur.
Nazir müavininin sözlərinə görə, hazırda sistemdə 4,134 qadın əməkdaş, o cümlədən 64 rəhbər vəzifədə olan qadın xidmət edir.
Firuzə
Gununsesi.info












