Polis öz həyat yoldaşını güllələyib girov götürdü

  • By admin
  • 28 Fevral 2018 15:15
Polis öz şəxsi tabel silahında arvadına silah açaraq onu ağır  yaralayıb, daha sonra isə 7 və 13 yaşında olan qızlarını girov götürüb.
 Gununsesi.info “RaiNews24”-ə istinadən xəbər verir ki,hadisə İtaliyanın Çisterna şəhərində baş verib.
Verilən xəbər görə, uşaqlarını girov götürən polis öz evində gizlənib.Bildirilir ki, bu səhər  çox pis əhval-ruhiyədə evə gələn polis  öz tabel silahından əvvəlcə xanımına atə. açaraq onu ağır yaralayıb. Sonrada 7  və 13 yaşında olan qızlarını girov götürərək evdə gizlənib. Hadisə yerinə gələn polis onunla danışqıalr aparır.
 Xəbərdə o da bildirilir ki,  ərla arvad boşanma  mərhələsində olub və mübahisə əvvəlcə küçədə başlayıb, daha sonra  polis evdə öz həyat yoldaşına atəş açıb. Hadisənin dəqiq səbəbi bəlli deyil. Güllə yarası alan qadın xəstəxanaya yerləşdirilib.
Gununsesi.info