Polis piyadanı vurdu

  • By admin
  • 02 İyul 2016 11:40

polis

 

Bakıda polis avtomobili qəza törədib. Gununsesi.info xəbər verir ki, Suraxanı Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Əmircan qəsəbəsində qeydə alınıb. “FİAT Doblo” markalı, 90 AP 597 dövlət nömrə nişanlı polis avtomobili yolu keçən piyada, 2001-ci il təvəllüdlü Ələkbər Zirəddin oğlu Əhmədovu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info