Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanov martın 28-də məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Gununsesi.info xəbər verir ki, sabiq polis rəisi CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddədilə ittiham olunur.
Bu gün məhkəmənin hazırlıq iclasında təqsirləndirilən polis polkovnikinin anket məlumatları dəqiqləşdirilib. Daha sonra F. Onun vəkili F.Məmmədxanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun məhkəmənin hökmü məlum olana qədər ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb.
Sabiq polis rəisinin işi məhkəmə baxışına verilib. Məhkəmə aprelin 4-ə təyin olunub.
Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan F.Məmmədxanov prokurorluğa şikayət əsasında həbs olunub. O, işə düzəltmək adı ilə vətəndaşdan 80 min manat alıb mənimsəməkdə, həmçinin mağazadan bahalı “Vertu” markalı telefonu kreditə götürüb, ödəniş etməkdən yayınmaqda ittiham olunur.
Gülər
Gununsesi.info