Mərhum nazirin polis oğlu xalqa qoşuldu, “Qarabağa azadlıq” şüarı dedi - VİDEO

  • By admin
  • 15 İyul 2020 22:53

Dünən axşam saatlarında Bakıda keçirilən orduya dəstək aksiyasında bir məqam diqqət çəkib.

Gununsesi.org-un xəbərinə görə, gənc polis polkovniki xalqın arasına girərək, onlarla birlikdə “Qarabağa azadlıq!” şüarı səsləndirib.

O, həmçinin bildirib ki, Azərbaycan Prezidentinin qərar verəcəyi gün polislər də torpağlarımızın azadlığı uğrunda vuruşmağa hazırdır.

Gununsesi.org həmin polis polkovnikinin kimliyini müəyyənləşdirib. Bəlli olub ki, bu şəxs Azərbaycanın mərhum müdafiə sənayesi naziri Yaver Camalovun oğlu polis polkovniki Elşən Camalovdur.

Gununsesi.org həmin görüntüləri təqdim edir:

 

 

 

Gununsesi.org