Polis qeyri-leqal əldə edilən 3 milyonu belə ələ keçirdi – Video

  • By arzu
  • 09 Noyabr 2019 14:07

İstanbulda qeyri-leqal fəaliyyət göstərən mərc oyunları şəbəkəsinə polis tərəfindən həyata keçirilən əməliyyatın videogörüntüsü yayılıb.

Gununsesi.org xəbər verir ki, əməliyyat zamanı ümumilikdə 41 şəxs saxlanılıb. Şübhəlilər pulları lüks bir mənzildə paltar şkafında gizlədiblər.

Əməliyyat zamanı şkafdan 3 milyon 128  min lirə (təxminən 900 min AZN)  pul ələ keçirilib.

Qeyd edək ki, İstanbul Kiber Hücumlara Qarşı Mübarizə Şöbə  Müdürlüyü həmin şəbəkə üzvlərini 6 ay izləyib. İstintaq zamanı şübhəlilərdən birinin FETO üzvü olduğu da  ortaya çıxıb. / “Qafqazinfo”