Quba rayonunda bir neçə ümumtəhsil məktəbində narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici görüşlər keçirilib.
Gununsesi.info xəbər verir ki, görüşlərdə gənclərin zərərli vərdişlərdən uzaq durmasının və təhsilə önəm verməsinin vacibliyi vurğulanıb. Tədbirdə çıxış edən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev şagirdləri sağlam həyat tərzi seçməyə çağırıb.
Tədbir zamanı erkən nikahın sosial və hüquqi nəticələri barədə də məlumat verilib. Həmçinin məktəblilərə polis peşəsi və Polis Akademiyasında təhsil imkanları haqqında danışılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Şəbnəm












