Polis rəisi işdən çıxarıldı - Foto

Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev işdən çıxarılıb.

Gununsesi.info Bakupost.az-a istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə o, sərəncama götürülüb.

Qeyd edək ki, V.Şəbəndiyev Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.