Polis rəisi qəzaya düşdü

Polis rəisi qəzaya düşdü

 

qesza

 

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb. Gununsesi.info-nun “Report”-a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayonunun Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Ağdaş rayonundan Göyçay rayonu istiqamətində hərəkət edən “Hyundai IX 35” markalı 90 AP 579 dövlət qeydiyyat nişanlı minik maşınını idarə edən Etibar Abduyev idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qeyd edilən şəxs, müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.     Xəstəxanada ilkin tibbi yadım göstərildikdən sonra zərərçəkən Bakıdakı xəstəxanalardan birinə göndərilib.

 

Hadisəyə səbəb kimi magistral yolda maşının önünə iribuynuzlu mal-qaranın çıxması göstərilir

 

Qeyd edək ki, Etibar Abduyev Ucar Rayon Polis Şöbəsinin rəisidir. O, qəza zamanı Ucar rayonuna işə gedirmiş və həmin anda avtomobili özü idarə edirmiş.

 

Xatırladaq ki, E.Abduyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə bu il mayın 14-də Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Ucar RPŞ-yə rəis təyin edilib.

 

Faktla bağlı araşdırma aparılır.

COMMENTS