Polis rəisini güllələdilər - ÇEÇENİSTANDA

  • By admin
  • 04 Yanvar 2018 09:25

Çeçenistanın Şalinsk rayonunun Avturı kəndinin polis rəisi qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən RİA Novosti nəşri məlumat yayıb.

Cinayətkar polis rəisi mağazadan çıxanda ona arxadan atəş açıb. Aldığı güllə yarasından hüquq-mühafizə orqanlarının işçisi hadisə yerində ölüb.

Hazırda polis cinayətkarın axtarışını aparır.

Gununsesi.info