Polis rəisi vətəndaşı məhkəməyə verdi

  • By admin
  • 20 Aprel 2018 13:02
Xızı Rayon Polis Şöbəsinin rəis müavini Cəfərov Yadigar Tapdıq oğlu böhtanla üzləşdiyinə görə Yasamal Rayon Məhkəməsinə şikayət edib. 
Gununsesi.info ”ölkə.az”a istinadən xəbər verir ki, Əliyev Vaqif Ramazan oğlu rəis müavinini ağır cinayət törətməkdə ittiham etdiyinə görə məhkəməyə üz tutub.
Şikayətçi olan Yadigar Cəfərov bildirdi ki, 72 yaşlı V.Əliyev dəfələrlə dələduzluq, rüşvət alma maddələri ilə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə isə 2017-ci ildə Vaqif Əliyevə dələduzluq maddəsi ilə Quba Rayon Məhkəməsinin hökmü ilə cərimə cəzası tətbiq edilib.
Bu gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə cinayət məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəmə baxışı keçiriləcək. Rəis müavininin sözlərinə görə, V.Əliyevin böhtanlarından zərərçəkənlərin sayı kifayət qədərdi. Yəqin yaxın vaxtlarda V.Əliyevdən şikayət edənlərin sayı artacaq.
Gununsesi.info