Polis şəhərdə maarifləndirmə tədbirləri aparır

  • By admin
  • 24 Aprel 2021 12:55

Yollarda hərəkətin təhlükəsizliyinin effektiv təmin olunması istiqamətində təbliğat-təşviqat, maarifləndirmə tədbirləri davam etdirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, habelə hərəkət iştirakçıları arasında məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərin hazırlaması diqqət mərkəzində saxlanılır.

Bölmə rəisi bildirib ki, kütləvi informasiya vasitələrinin imkanlarından bu sahədə geniş istifadə olunur. Əhalinin yol mədəniyyətinə etimadının yüksəldilməsi hər bir hərəkət iştirakçısından asılıdır. Buna nail olmaq üçün davamlı təbliğat işinin aparılması zəruri şərtlərdən hesab olunur.