Polis Saakaşvilini necə saxlayıb?

  • By admin
  • 02 Oktyabr 2021 00:37

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ombudsman Nino Lomcariya ilə görüşündə necə saxlanılmasından danışıb.

Gununsesi. info gürcü mediasına istinadən xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, polis ona qarşı hər hansı güc tətbiq etməyib və özü də müqavimət göstərməyib.

“Saakaşvili bildirdi ki, onu bu gün yaşayış evində tutublar. O, müqavimət göstərməyib və polis də güc tətbiq etməyib. Saxlanılma zamanı o, tək olub və qapını da polisə özü açıb”, – deyə Lomcariya söyləyib.

Gununsesi. info