Ağsu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ramazan Kərimov, Vurgun İdayətov və Mehdi Umudov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya bildirilib ki, onlar martın 3-də C.Şahbazova və Ə.Həmidova hədə-qorxu gəlib barələrində rüsvayedici məlumatlar yayacağı adı ilə pul tələb etməkdə şübhəli bilinirlər.
Gununsesi.info