Polis Şirvanda əməliyyat keçirdi

  • By admin
  • 20 Dekabr 2016 11:44

polis-emeliyyat

Şirvan şəhərində avtomobildən iki silah aşkar edilib.

Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fərid Cəbrayılova məxsus “VAZ-2121” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan “Churchill” markalı ov tüfəngi və “GAMO” markalı tir tapançası aşkar edilərək götürülüb.

Gununsesi.info