Polis şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirdi

Polis şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirdi

Daşkəsən Rayon Polis Şöbəsinin Müvəqqəti saxlanma kamerasında saxlanılan şəxs özünə xəsarət yetirib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinərək saxlanılan 50 yaşlı Rahib Əsədov özünü kəsici alətlə vurub.

Yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS