Polis soyğunçuluq yolu ilə oğurluq edənləri saxlayıb

  • Müəllif: admin
  • 21 Sentyabr 2016 14:10

ogrular

Vətəndaşlara zor tətbiq etməklə əmlakını ələ keçirən şəxslər saxlanılıb.

Gününsəsi.info xəbər verir ki, Şəmkir rayon sakinləri Bəxtiyar Cəlilov və Elmar Sadıqov asan qazanc yolunu başqasının əmlakına ələ keçirməkdə tapıblar. Dostlar rayonun əsas istirahət güşəsini özləri üçün ünvan seçərək burada dincələnən müxtəlif şəxslərin əmlakını quldurluq və soyğunçuluq yolu ilə ələ keçiriblər. Onlar ilk çirkin əməllərini Şəmkir sakini Təbriz Tağıyevə qarşı reallaşdırıblar. Bəxtiyar Cəlilov və Elmar Sadıqov Tağıyevi döyüb xəsərət yetirərək onun mobil telefonunu, 300 manat nəğd pulunu, qol saatını və qızıl üzüyünü zorla ələ keçiriblər. Bundan başqa hər iki şəxs elə həmin gün Gədəbəy sakini Samir Hüseynovu döyməklə mobil telefonunu və 20 manat nəğd pulu alıblar. Onlar əməllərini etiraf etməklə hadisəni sərxoşluq zəminində törətdikləri deyiblər.

Hazırki faktlarla bağlı isə açılan cinayət işi üzrə araşdırmalar aparılır.

Gununsesi.info