Polis “Taksim” meydanına giriş-çıxışı bağladı

  • By admin
  • 16 Aprel 2018 15:12

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasına görə İstanbulda gözlənilən etiraz aksiyası ilə əlaqədar polis “Taksim” meydanını əhatəyə alıb.

Gununsesi.info xəbər verir ki, hazırda polis “Taksim” meydanına aparan yolları istisnasız olaraq hamı üçün bağlayıb.

Qeyd edək ki, bu gün müxalif Cümhuriyyət Xalq Partiyası vəziyyət rejiminin müddətinin uzadılmasına etiraz əlaməti olaraq Türkiyənin bütün vilayətlərində aksiya keçirir.

Gununsesi.info