Polis tiktokerin saçını qırxıb? -FOTO

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev  deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:

“Bu hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, həmin şəxs “TikTok”da polisi təhqir edib.