Polis Tofiq Yaqublunu saxlayıb

  • By admin
  • 22 Mart 2020 22:02

 

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində istintaq gedir. Musavat.com xəbər verir ki, bu barədə onun qızı Nigar Yaqublu sosial şəbəkədə məlumat yayıb. N.Yaqublu bildirib ki, atasının polis bölməsinə aparılmasına səbəb bu gün, axşam saatlarına baş verən insident olub. Nigar Yaqublunun iddiasına görə, atası maşınını park edərkən başqa bir maşın tərəfindən qəsdlə vurulub. Daha sonra tərəflər arasında insident yaşanıb. Qarşı tərəf polisə şikayət edib. Hazırda araşdırma gedir.

T. Yaqublu özü də bu barədə sosial mediada məlumat paylaşıb. O və qızı Nigar iddia edirlər ki, baş verənlər qurma işdir.
Ailəsi hazırda T.Yaqublu üçün vəkil tutmağa hazırlaşır.

Gununsesi.org