Polis və etirazçılar arasında qarşıdurma

  • By admin
  • 04 İyul 2022 12:03

“Evə -Avropaya” vətəndaş hərəkatının etiraz aksiyası keçirdiyi Gürcüstan hökumətinin administrasiyası qarşısında polis və etirazçılar arasında mübahisə yaranıb.

Gununsesi.info xəbər verir ki, hüquq-mühafizə orqanları mitinq iştirakçılarını ərazini tərk etməyə çağırıblar, lakin onlar buna tabe olmayıblar.

Etirazçılar Hökumət Administrasiyası binasının qarşısında daha çox yaxınlaşıblar, lakin polis onları zorla ərazidən uzaqlaşdırıb.

Hazırda Hökumət Administrasiyasının qarşısında dəmir barrikadalar qurulub.

Xatırladaq ki, dünən parlament qarşısında keçirilən genişmiqyaslı aksiyada qərara alındı ki, etirazçıların bir qismi gecəni Hökumət Administrasiyası qarşısında keçirsinlər və baş naziri etirazlarla qarşılasınlar.

Gununsesi.info