Polis xüsusi karantin rejiminə əməl etməyənlərə qarşı reyd keçirdi

  • By admin
  • 07 Avqust 2020 11:12

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə, eləcə də rayon ərazisində yerləşən çimərliklərdə operativ qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarət edirlər.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib.

Reyd zamanı bir neçə sakinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Gununsesi.info