Polis zabiti restoranda öldü

  • Müəllif: admin
  • 15 Mart 2017 10:18

50641

Bakıda restoranda ölüm hadisəsi baş verib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb. Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R. Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info