Polis zabitinin oğlu Prezident tərəfindən 2-ci dəfə təltif olundu – FOTOLAR

  • By admin
  • 29 Dekabr 2020 20:31

 

Sərəncama əsasən Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu  “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Həmin sərəncama əsasən əsgər Qasımzadə Musa Qubad oğlu da “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Bundan əvvəldə əsgər Musa Qasımzadə “Cəbrayılın azad olunmasına görə” medal ilə təltif edilmişdir.

Qeyd edək ki, təltif olunan Musa Qasımzadənin atası Daxili işlər orqanının əməkdaşıdır və Gəncə şəhərində xidmət göstərən polis zabitidir.

 

Gununsesi.info