
İyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində həbs olunan Kərim Süleymanlı sərbəst buraxılsa da onun üz nahiyyəsində və bədənnin müxtəlif yerlərində aldığı xəsarətlərin fotoları sosial şəbəkələrdə yayılıb.
Özünün mediaya verdiyi açıqlamada 30 nəfər polis əməkdaşı tərəfindən döyüldüyü qeyd olunub.
Azərbaycanın tanınmış vəkili cavad cavadov Kərim Süleymanlını eskpertizadan keçirib. Vəkil işgəncə faktının araşdırılması üçün hüquqi prosedura başladığını bəyan edib.
Gununsesi.org-un xəbərinə görə, bu arada Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev Kərim Süleymanlının döyülməsi barəsində açıqlama verib:“O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.
Gununsesi.org