Polisdən maraqlı əməliyyat: Narkotik alverçilərinə “Sevgililər günü” sürprizi – VİDEO

  • By admin
  • 15 Fevral 2024 14:29

Peruda polis narkotik alverçilərini maraqlı əməliyyatla yaxalayıb.

Gununsesi.info xəbər verir ki, Sevgililər günü üçün xüsusi əməliyyat təşkil edən polisin görüntüləri bütün dünyada diqqət çəkib.

Peruda Sevgililər günündə oyuncaq ayı kostyumu geyinmiş və əlində ürək formalı şar tutan gizli polis onu tutmaq üçün saxta hədiyyə ilə narkotik alverçisinin evinə gəlib. Polis hədiyyə gətirən kuryerləri təqlid edərək, hədiyyəni almaq üçün evindən çıxan şübhəlini yaxalayıb.

Dünya mediasında oyuncaq ayı geyinmiş polisin əməliyyat görüntüləri maraqlı müzakirə mövzsuna çevrilib.

Gununsesi.info