Əslən Şamaxı rayonundan olan 35 yaşlı Raqib Həşimov polis əməkdaşlarlını aldatmaq istəyib. Ancaq onun bu oyununu Abşeron rayon polis idarəsinin əməkdaşları ifşa ediblər. Belə ki Raqib Həşimov Şamaxı rayonunda yeyib içdikdən sonra paytaxta üz tutub.
Bakıya gələn Raqib içkidən doymadığı üçün yenidən spirtli içki qəbul edib. Daha sonra ayılan Raqib 102 qaynar xəttinə zəng edərək ona məxsus çantadan 5 ədəd mobil telefon, sənədləri və 1200 manat pulunun oğurlandığını bildirb . İdarədə dindirilən Raqib israrla ondan oğurluq olduğunu təkidlə qeyd edib. Ancaq abseron rayon polis idarəsinin əməliyyatçıları ona məxsus cantanı və içərisində olan mobil telefonları sənədlərini Raqibin yatdığı agacın altından taparaq özünə təfil veriblər.
Saxlanılan şəxsin 1200 manat pulun oğurlanmasına da polis əməkdaşları aydınlıq gətiriblər. Belə ki Raqib spirtli içkinin normadan artıq qəbul etdiyi üçün 102 qaynar xəttinə yalandan informasiya verərək 1200 manat pulunun oğurlanmasını bildirb. O özü sonradan etiraf edərək bildirib ki onda cəmi 5 ədəd 1 mamtlıq pul və qəpiklər olub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki Raqib Həşimov bundan öncə də məhkumluq həyatı yaşayıb. Etdiyi hərəkətdən peşmançılıq çəkən Raqib Həşimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən hüquqi müstəvidə qiymət veriləcək.
Gununsesi.info