Polisi gözdən salan videonu çəkənlərlə bağlı araşdırmalara başlanılıb - VİDEO

  • By admin
  • 01 May 2017 11:54

2017-04-29-10-47-06fahise

“18 yaşı tamam olan insanların şəxsi həyatına polisin videoçəkilişlə müdaxilə etməsi, daha sonra həmin videonun ictimaiyyətə təqdim olunması ciddi qanun pozuntusudur.”

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  hüquqşunas Ələsgər Məmmədli polisin gənclərin intim münasibət üçün kirayələdikləri evə girərək videoçəkiliş etməsinə  münasibət bildirərkən belə deyib.

Belə ki, həmin anların video-görüntüləri  kütləvi informasiya vasitələrində yayılıb.

Ə.Məmmədli bildirib ki, əgər həqiqətən də söhbət hansısa “xidmət”dən getsəydi, bu məsələ başqa bir konteksdə gündəmə gələ bilərdi.

Hüquqşünas bildirib ki, çəkilişlər edilə bilər, lakin bu, məhkəməyə təqdim olunması üçün: “Sübut üçün götürülə bilər. Məhkəməsiz insanların özəl həyatına müdaxilə etmək və həmin videonu yaymaq bilavasitə qanun pozuntusudur. Konstitusiyanın 32-ci maddəsi çox aydın şəkildə şəxsi həyatın qorunması prinsipini mənimsəyir. Buna müdaxilənin yolverilməz olduğu bildirilir. Bu polislərə də aiddir, birbaşa hüquq pozuntusudur”.

Hüquqşunasın sözlərinə görə,  əgər həqiqətən də polis evə basqın edərək video-çəkiliş aparıbsa, bu, cinayət məcəlləsinin 156-cı maddəsinə görə cinayət məsuliyyəti yaradır.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından  İstiPress-ə bildirib ki, sözügedən video həvəskar çəkilişdir. Polisi gözdən salan videonu çəkənlərlə bağlı araşdırmalara başlanılıb. Həmin şəxslər hüquq çərçivəsində cəzalandırılacaq.

Xatırladaq ki, Bakıda polis olduğu iddia edilən naməlum şəxslər gənclərin intim münasibət üçün kirayələdikləri evə basqın edib. Çəkilişi görən iki oğlan, eləcə də onlarla olan qızlar bir anlıq özlərini itiriblər, hətta bu işdə bir-birlərini günahlandırıblar. Bu haqda goldnews.az xəbər dərc edib.

Gənclər çəkilişin dayandırılmasını tələb etsə də, polis əməkdaşları çəkilişi dayandırmayıblar.

https://www.youtube.com/watch?v=beX0t3koQko

Gununsesi.info